Yağ əridən- 5 kokteyl resepti

 

Yağ əridən kokteyl artıq çəki ilə mübarizə üçün əla vasitədir. Onlar metabolizmi sürətləndirir, aclıq hissini azaldır, orqanizmi vitaminlər və minerallarla təmin edir.  Evdə yağ əridən kokteyli necə hazırlamaq olar? Əslində bundan asan bir şey yoxdur. Sadəcə "düzgün" inqrediyentləri secmək lazımdır. Dietaya sadiq köməkçilərdən ən yaxşı beş resepti sizə təqdim edirik.


Niyə bu içkilər yağ əridən adlanır? Çünki onların hazırlanması üçün metabolizmıan sürətləndirən məhsullar- meyvələr, ədviyyatlar istifadə olunur.

Yağ əridən kokteyl resept - 1

Nanə və limon yüngül kokteyli günə ideal başlanğıc olacaq. Sizi gümrahlandıracaq, enerji verəcək və artıq çəkidən xilas edilməsində kömək edəcək.

Kivi 1 ədəd
Limon 2 parça
Nanə 7 zoğ
Cəfəri 7 zoğ
Su 100 ml
Bal zövqünə və istəyinə uyğun

1. Kivini kiçik hissələrə bölmək, təmizləmək və daha sonra onu blenderdən keçirmək lazımdır.
2. Kiviyə limon, göyərti və su əlavə edilir, yaxşı qarışdırmaq.
3. Hazırlanmadan dərhal sonra istifadə etmək lazımdır.

Yağəridən kokteyl resept - 2

Ekzotik meyvə kokteyli həvəskarlarının zövqünü ananaslı və qreypfrutla uyğun gələcək. Bu məhsullar eyni qabaq toxumı kimi, piy əridən ən yaxşılarından biridir.

Qreypfrut 1/4 hissə 
Ananas 4 parça
Qatıq 250 ml
Balqabaq toxumu 30 qram
Hindqozu yağı 30 ml

1. Qreypfrut və ananas təmizlənməsi, kiçik hissələrə doğrayıb blenderdə çalmaq lazımdır.

2. Meyvələrə qatıq, toxum və hindqozu yağı əlavə edib, yaxşı qarışdırmaq lazımdır.

Yağəridən kokteyl resept - 3

Əgər siz mümkün qədər tez bir neçə kiloqram arıqlamaq qərarına gəlmisinizsə bu kokteyl əvəzsizdir. Yağəridən kokteyl kefir, darçın və bibər əsasında olacaq. Turş məhsullarını həzm traktının işini yaxşılaşdırır, ədviyyat isə kalorini sürətlə yandırırlar.

Qatıq- 250 ml
Qırmızı bibər- 1 çimdik
Zəncəfil- 0,5 çay qaşığı
Darçın- 0,5 çay qaşığı

1. Bütün inqrediyentləri qatıb, blenderdə yaxşı çalınır.
2. Hazırlanmadan dərhal sonra istifadə edin, ən yaxşısı isə yatmazdan qabaq qəbul etməkdir.

Yağəridən kokteyl resept - 4

Əgər sizdietanız zamanınəsə şirin yemək istəyirsinizsə, özünə bədənə zərər verməyəcək, əksinə, dietanıza əla əlavə olacaq bu kokteyli hazırlayın.

Su 250 ml
Bal - 1 çay qaşığı
Alma sirkəsi - 1 çay qaşığı
Darçın - 1 çubuğ

1. Suyu sirkə və bal ilə yaxşı qarışdırın.
2. Darçını əlavə edin. Bu kokteyl - günə ideal başlanğıcdır.

Yağəridən kokteyl resept - 5

Ən güclü yağəridənlərdən biri də- kərəviz sayılır. Həm də o, bu kokteyllərdə və smuzilərdə digər məhsulları ilə (məsələn, alma ilə) çox gözəl uzlaşır.

Kərəviz göyərtisi 200 qram
Alma 2 ədəd
Layma şirəsi 0.5 ədəd
Su 100 qram
Buz 0,5 stəkan

1. kərəvizin gövdəsinə kiçik hissələrə kəsmək lazımdır , təmizlənmiş alma və layma şirəsi ilə birlikdə blender daxil etmək və havalı konsistensiyanı əldə edənədək çalmaq lazımdır.
2. Su əlavə edib və yenə çalmaq lazımdır. Sonra kokteylə xırdalanmış buz əlavə edilir. Buz əvəzinə 100 qram su istifadə etmək olar.

Nuş olsun!

Go to top