Bədəndəki piy əzələyə çevrilirmi?

 

Bədəni inkişaf etdirmə idmanı edən hər kəsin ağlının bir kənarında bu sual vardır: Piy əzələyə çevrilirmi? Hazırda insanların problemlərindən biri də yağlanmadır. İdmana ciddi olaraq başlayan və bununla birlikdə məşq hərəkətləri edən insanlar, əlbəttə, yağlı deyil, əzələli bir bədənə sahib olmaq üçün bu işə başlayarlar. Bu məsələdə ağıla gələn suallardan biri də bədəndəki yağların əzələyə çevrilib çevrilə bilməməsidir.

Piy və əzələ olaraq bəhs edilən, bədəndə olan toxumalar tamamilə hüceyrələrdən ibarətdir. Yağ və əzələlər də bir-birindən müstəqil bir quruluşdadır və bir-birinə çevrilə bilmirlər. Yəni piy hüceyrəsi əzələ hüceyrəsinə çevrilə bilməz. Eyni şəkildə əzələlər də piyə çevirmək mümkün deyil. Çünki ikisi də bir-birindən fərqlidir. Gördüyünüz idman fəaliyyətləri və sağlam qidalanma nəticəsində, yağlar enerji təmin etmək məqsədi ilə bədən tərəfindən yandırılır. Əzələ hüceyrələri isə görəcəyiniz doğru ağırlıq tətbiq etmələri və yenə doğru qidalanma nəticəsində böyüyür və həcm qazanır. Bu vəziyyətdə də yağlarınız azalır və əzələləriniz isə, onun ardınca daha qabarıq şəkildə ortaya çıxmağa başlayır. Bu barədə gələcəyimiz nəticə isə yağların qətiyyən əzələlərə çevriləməməsidir.
Uyğun şəraitdə əzələlərin yağa, ya da yağların əzələyə çevrildiyi kimi bir fikrə gələ bilərsiniz, lakin daha düzü buna səbəb olan mexanizmləri də öyrənməyiniz lazımdır. Əzələyə çevrilən yağ deyil zülaldır.

Yağlar əzələyə çevrilmir!
Əzələ hüceyrələri orqanizminizdə ən çox kalori xərcləyən hüceyrə tiplərindən biridir. Buna istinadən məşq edilmirsə belə, əzələləriniz gündəlik 13 kalori xərclənir. Məşq etməyi buraxdıqda isə əzələləriniz çəkisini itirir və daha az kalori xərcləməyə başlayır. Əgər ehtiyacınızdan artıq kalori almağa davam etsəniz, zamanla kiçilən əzələləriniz yerinə yaranan boşluğu yağ hüceyrələri bürüyəcəkdir. Bu şəkildə orqanizminizdə getdikcə artan yağ həcmi, sizlərə əzələləriniz yağa çevrildiyini düşündürür.

Go to top