Həkimə sual!
Salam, Lipo6-nın ziyanı haqda məlumatınız var? idmanda əlavə qəbul etmək istəyirəm
Sualın müəllifi: Rəşad
Cavablandıran həkim: Dr Maral Mahmudova

Salam.

  • Lipo 6 dünyada bir nömrəli yağ yandırıcılardan biridir. Əsas odur aldığınız məhsulun keyfiyyəti yaxşı olsun.
  • Ətraflı məlumat və keyfiyyət haqqında sizə bu ünvanı məsləhət görürəm. http://atlet.az/shop/arıqlamaq/lipo-6-black-ultra-concentrate

Sizə uğurlar! Hörmətlə Dr. M.Mahmudova

neler bizi daha cox kokeldir??
Sualın müəllifi: Arzu
Cavablandıran həkim: Dr Maral Mahmudova

Salam Arzu x.

Çay şəkəri, hazır meyvə suları, unlu şirniyyatlar, peçenyelər, xəmir işləri kimi həddindən artıq şəkərli qidalar həmçinin  kolbasa, sosiska, kartof qızartması, çipsi kimi pis yağları ehtiva edən qidalar və bütün fast food yeməklər kaloriləri yüksək olmasına baxmayaraq keyfiyyətsiz qida yəni sağlıqsız qida qrupları içərisindədir və insanı kökəldir.

Sizə uğurlar! Hörmətlə Dr. M.Mahmudova

Boyum 1.70,çəkim isə 53 kq-dir.sizcə mənim çəkim normaldır?
Sualın müəllifi: f.a
Cavablandıran həkim: Dr Maral Mahmudova

Salam.

  • İdeal Çəkiniz: 61 kq
  • Bədən Kütlə İndeksi (BKİ): 18.3 
  • Nəticə: İdeal çəkinizindən aşağı
  • Boya görə uyğun kiloda olmadığınızı, zəif olduğunuzu göstərir. Zəiflik, bəzi xəstəliklər üçün risk təşkil edən və arzuolunmaz bir haldır. Boya uyğun çəkiyə nail olmağınız üçün yetərli və balanslı qidalanmalı, qidalanma vərdişlərini inkişaf etdirməyə diqqət göstərməlisiniz.

Sizə uğurlar! Hörmətlə Dr. M.Mahmudova

 

Salam Dr.boyu 156 cekim 69 nece ariglaya bilerem?
Sualın müəllifi: sefaye
Cavablandıran həkim: Dr Maral Mahmudova

Salam Səfayə x.

  • BKİ 28,3-dür. Bu artıq çəki olduğunu göstərir.
  • 54 kq. sizin boyunuza görə ideal çəkinizdir. Bundan 7 kilo çox olduqda çəki artıq sayılır.
  • Sızın artıq çəkinizin səbəbi mütləq bilinməli və sizə uyğun dieta təyin olunmalidır.
  • Əgər dietoloqa müraciət edə bilməsəniz sizə menyunuzda karbohidratı azaltmağı, bol su içməyi, gündə 3-4 dəfə eyni vaxtda qidalanmağı, axşam yatmazdan 3 saat əvvəl axırıncı qidanızı qəbul etməyinizi və mütləq idman hərəkətləri təklif edirəm.  (özünüz və həyat tərziniz haqqında az məlumatımız olduğum üçün sizə ümumi məsləhət görə bilərəm.)

Sizə uğurlar! Hörmətlə Dr. M.Mahmudova

Salam.men 6aydir pehriz saxliyiram evvel 90kq idim indi69 kq olmusam boyum 156 YASIM 39 MENIM NORMSL CEKIM NE QEDER OLMALIFI?
Sualın müəllifi: sefaye
Cavablandıran həkim: Dr Maral Mahmudova

Salam Sefayə xanim.

  • Sizin BKİ-niz 28,4-dür. Bu sizdə artıq çəki olduğunu göstərir. 18,5-24,9 normal çəki göstəricisidir.
  • Sizin boyunuza uyğun çəkiniz 54 kq olmalıdır. Yaşınıza görə 57 kq qədər norma sayılır.

Sizə uğurlar! Hörmətlə Dr. M.Mahmudova

Salam Dr, 2 aydan coxdu diet saxliyiram, 3litr su gün ərzində , az halda yemek, ara oyunlerde 1 meyvə yawil cay bu kimi weylerden istifadə edirəm ama hec özümdə yüngüllük hiss etmirəm, sizcə nə edə bilərəm
Sualın müəllifi: Leman
Cavablandıran həkim: Dr Maral Mahmudova

Salam Ləman xanım.

  • Az halda yemək dedikdə yəqinki bu az miqdarı göstərir. Elbətdə yeməyin miqdarını normaya salmaq və bu normada saxlamaq vacib olduğu kimi nə yediyiniz də vacibdir. Çalışın 2 həftə müddətində yediklərinizi özünüzə qeyd edin və hansı qidanın  təsiri necə olduğunu yazın. Nəticə də bu təhlil sizə daha çox sizə nəyin yüngüllük gətirdiyini aydınlaşdıracaq.
  • 3 litr su təqdirə layiqdir. Suyu yeməkdən azı 30 dəqiqə əvvəl və 2 saat sonra için. 
  • Çalışın yeməkləriniz arasinda 2-3 saat vaxt keçsin. Bu müddətdə leptin hormonu ifraz olunacaq. 
  • Fiziki aktivlik metabolizmanızı sürətləndirəcək. İdmana yazılın. Vaxtınız yoxdursa deyirsinizsə evdə özünüz idman edin.
  • Psixoloji həmişə özünüzü motivə edin. Unutmayın ki, bütün orqanları idarə edən beyniniz həmişə müsbət yüklənməlidir.
  • Bütün cəhdlərə baxmayaraq istədiyiniz nəticəni ala bilmirsinizsə həkim-dietoloqa müraciət edin.

Sizə uğurlar! Hörmətlə Dr. M.Mahmudova

 

salam menim boyum 165 cekim 68dir.. 20gundur 6dan sonra yemek yemirem..hemcinin yemek istedikde gul kelem parda bishmish yeyirem ve ya bir kasa qatiq..menim cekimde 400kkal bele deyiwiklik yoxdu bu ne ile elaqelidi..1kilo bele atmamiwam ..bu 20gunde ne corey nedeki sokolad sirniyyat yemirem qeti suretde kesmiwem..
Sualın müəllifi: aysel
Cavablandıran həkim: Dr Maral Mahmudova

Salam Aysel xanım.

  • Sizin BKİ 22-dir. Bu göstərici norma daxilində olsada 6 kq çəkiniz azalsa boyunuza uyğun çəkiniz olar.
  • Sizin dietasınız dözgün deyil. Çünki yeməyərək çəki atmağa çalışmaq düzgün deyil. 
  • Egər bu qədər az qidalanma ilə çəki atmırsınızsa sizi müayinə etmək və sizə uygun qidalanma tərtib etmək  lazımdır. 

Sizə uğurlar! Hörmətlə Dr. M.Mahmudova

Salam xanim men kokelmek isteyirem hansi qidalarla daha effektli netice ala bilerem boyum 165 cekim 48kq-dir.
Sualın müəllifi: Aysel
Cavablandıran həkim: Dr Maral Mahmudova

Salam Aysel x.

  • Sizin BKİ-niz 17,6 norma 18,5-24,9-dir. Boyunuza uyğun çəkiniz 60,5 kq-dır.
  • Kökəlmək dedikdə yəqinki sizin sağlıqlı çəki artıran qidalarla maraqlanırsınız. Çünki bəzi qidalar çay şəkəri, hazır meyvə suları, unlu şirniyyatlar, peçenyelər, xəmir işləri kimi həddindən artıq şəkərli qidalar həmçinin  kolbasa, sosiska, kartof qızartması, çipsi kimi pis yağları ehtiva edən qidalar və bütün fast food yeməklər kaloriləri yüksək olmasına baxmayaraq keyfiyyətsiz qida yəni sağlıqsız qida qrupları içərisindədir və keyfiyyətli qidalanma qaydalarına ziddir.
  • Meyvə yerinə evdə hazırlanmış meyvə suları (xüsusən alma, portağal suyu), qırmızı ət, balıq, toyuq, kəpəkli makaron, xurma, əsmər düyü, kərə yağı, süd və pendir, fıstıq, badam, fındıq və qoz, quru meyvələr (ərik, əncir, üzüm quruları), doşab,  yerkökü, kartof, noxud, şəkər çuğunduru, yumurta, göbələkli yemək sağlam kilo artıran qidalardır. 
  • Əlbətdəki yediyiniz qidaların necə hazırlanması və ya nə ilə qəbul edilməsi də vacib şərtdir! Ara qida kimi xurma yanında 1 stəkan süd sizdə sağlıqlı çəki artımına səbəb ola bilər. 

Sizə uğurlar! Hörmətlə Dr. M.Mahmudova

Salam menim boyum 165 cekim 87dir nece ariqlaya bilerem
Sualın müəllifi: Leyla
Cavablandıran həkim: Dr Maral Mahmudova

Salam Leyla xanım.

  • Sizin BKİ-niz 31,9-dur. Bu göstərici sizdə 1 dərəcəli piylənməni bildirir.
  • Bu hansısa xəstəliyin əlaməti ola bilər (xüsusən hormonal) - bu halda müayinələr keçib, müalicə almalısız.
  • Mütləq gündəlik yediklərinizə diqqət yetirməlisiniz və sizə uyğun dieta seçilməlidir. 
  • Həmçinin daha tez və daimi effekt almaq üçün dieta+fitnes (hərəki aktivlik) olmalıdır.

 Sizə uğurlar! Hörmətlə Dr. M.Mahmudova

Salam men dogusdan sora kokeldim ne ediremse ariqlaya bilmirem. Boyum 168 cekim 74 ne edim
Sualın müəllifi: Lale
Cavablandıran həkim: Dr Maral Mahmudova

Salam Lalə xanım.

  • Sizin BKİ-niz  26,2 artıq çəkinin olduğunu göstərir.
  • Artıq çəki almağınızın və ya nədən çəki azalda bilməməyinizi bilmək üçün 2 həftə ərzində qidalanmağınızı, həyat tərzinizi, fəallığınızı (hətta yatmağınıza qədər) yazmaq və təhlil etmək lazımdır. 
  • Siz bilməlisin ki, artıq çəki olduqda fiziki yükləmələr olmadan istədiyiniz nəticəni ala bilməyəcəksiniz. Siz gündəlik fəallığınızı artırmağa başlayın -    körpə ilə gəzin (skamyada digər analarla oturmayın) və daha çox hərəkət edin. Bundan başqa, addımölçən alın və sadəcə addımlarınızı sayın.  Sürətli yeriş, qaçış, velosiped və s. kimi seçiminizə uyğun olaraq seçin və hərəki aktivliyinizi artırın.
  • Hər gün eyni vaxtda və sağlam qidalanmağa çalışın. Bu zaman maddələr mübadiləsi sürətlənir. Şəkəri həyatınızda azaldın. Daha çox lifli  və qlikemik indeksi aşağı olan qidalara üstünlük verin. 
  • Bütün bunlarla yanaşı bilməlisiniz ki, artıq çəki təkçə qidalanma və həyat tərzinin nəticəsi deyil. Həmçinin səhhətinizlə də bağlı ola bilər.

                                                                Sizə uğurlar! Hörmətlə Dr. M.Mahmudova

powered by smfaq
Go to top