HomeFitnesQarın əritmək üçün idman hərəkətləri

Qarın əritmək üçün idman hərəkətləri

 

Dümdüz qarına sahib olmaq hər bir insanın arzusudur. Dieta saxlayaraq və davamlı idman hərəkətləri edərək siz bu arzunuzu reallaşdıra bilərsiniz. Sizə qarın əritmədə çox effektiv 5 idman hərəkəti təqdim edirik.

 

 

Bu hərəkət üçün, kürək üstü yerə uzanın. Sol ayağınızı qaldırın və dizinizi 90 dərəcə bükün. Sağ əlinizi gicgahınıza qoyun və dirsəyinizi açın. Nəfəs alın. Nəfəsinizi verərkən sağ kürəyinizi yerdən qaldırın, qarnınızı bərk sıxaraq sola doğru əyilin. Nəfəs alarkən geriyə doğru düzəlin və çiyinlərinizi yerə toxundurmadan hərəkəti ən az iki dəfə təkrar edin. Eyni hərəkəti digər tərəfin üçün tətbiq edin.

 

 

Jim vəziyyəti alıb qarnınızı sıxın. Budu aşağıda tutub yaxşıca sıxın və mövqeyinizi pozmadan 20 saniyə gözləyin. Bu hərəkəti 3 dəfə təkrar edin. Jim mövqeyində üzünüz qarşı tərəfə baxmalıdır.

 

 

Arxası üstə yerə uzanın. Əllərinizi ayağınızın altına qoyaraq aradakı boşluğu doldurun. Ayaqlarınızı, yerdən 45 dərəcə yuxarı qaldırın. Bu vəziyyətdə 15 saniyə gözləyin. Eyni hərəkəti 3 dəfə təkrar edin.

 

 

Kürək üstü uzanaraq ayaqlarınızı qaldırın, dizlərinizi 90 dərəcə bükün. Qarnınızı yaxşıca sıxıb bel boşluğunu sıfırlayın. Əllərinizi yerlərinizə qoyub dirsəklərinizi açın. Nəfəs alın. Nəfəsinizi verərkən çiyinlərinizi yerdən qaldırıb, qarnınızı bərk sıxaraq, dizinizə doğru bükün. Nəfəs alarkən geriyə doğru düzəlin və çiyinlərinizi yerə toxundurmadan bu hərəkəti bir neçə dəfə təkrar edin. Məşq əsnasında belinizi yerdən qaldırmamağa diqqət göstərin.

 

Qolunuzun əl ilə dirsək arasında olan hissəsini yerə qoyun. Jim mövqeyindəki kimi bədəninizi qaldırın. Bu şəkildə 20 saniyə gözləyin. Bu hərəkəti 3 dəfə təkrar edin.

Go to top