HomeFitnesİkinçi cənəni necə aradan qaldırmalı

İkinçi cənəni necə aradan qaldırmalı

 

Ikinci çənəni heç də mürəkkəb olmayan hərəkətlərin köməkliyi ilə aradan qaldırmaq olar. Otuz yaşdan yuxarı yaşda olan qadınların bir çoxu ikinci çənə kimi problemlə üzləşirlər. Bundan daha çox kök qadınlar əziyyət çəkirlər. Əlbəttə, bu nə xəstəlikdir, nə də ki faciə.

İkinci çənə ilə mübarizə aparmaq olar və lazımdır. Sadə hərəkətlər sizə əyani şəkildə göstərəcək ki, ikinci çənəni necə asanlıqla aradan qaldırmaq olar. Bu zaman sizin yaşınız və bədən ölçüləriniz heç bir mühüm rol oynamır.

Ikinci çənəni necə aradan qaldırmaq olar:

  •  “Leylək” adlana hərəkət olduqca operativ təsir göstərir.Bunun üçün kürəyi üstə uzanmaq, başı isə sallamaq lazımdır. Böyük divan və ya yataq uyğun gələr. Başınızı elə qaldırın ki, dabanlarınızı görə biləsiniz, sonra isə yenə aşağı sallayın. Hərəkəti 12-20 dəfə təkrar etmək lazımdır. Lakin bu hərəkət damarlar və ya onurğa ilə problemi olanlara uyğun gəlməyə bilər.
  •  Növbəti hərəkət - “Zürafə” - ayaq üstə yerinə yetirlir.Əllərinizi çiyninizə qoyursunuz və boynunuzu mümkün olan qədər çox yuxarı dartırsınız. Bu zamanəlləri çiyinə elə sıxmaq lazımdır ki, çiyinlər də yuxarıya doğru dartınmasın. Dərindən nəfəs alın, ona qədər sayın, nəfəsi buraxın və  sərbəst olun. Hərəkəti 5-6 dəfə təkrar edin.
  •  Digər maraqlı və olduqca effektiv hərəkət olan “Meri Poppins” hərəkətini daha çox rahat olması üçün masa arxasında yerinə yetirirlər. Makiyajı sildikdən sonra, hansı ki, o zaman üzün əzələləri boşalmış olur, çənənizi sağ əlin yumruğuna söykəmək lazımdır. Əl masaya dayanmalıdır. Aşağı dodağı yuxarıya doğru elə qaldırmaq lazımdır ki. o, üst dodağı örtmüş olsun. Dilin ucunu yuxarı dişlərin arxasında damaqda fiksə edin və güclü sıxın. Beşə qədər sayın və təkrar yenidən möhkəm sıxın və yenə də beşə qədər sayın. Bundan sonra hərəkət etdirdiyimiz əzələləri aramla sərbəstləşdirin. Hərəkəti 3 dəfə təkrar etmək lazımdır.
  •  Daha bir xoş və rahat olan hərəkət Podium” adlanır. Bu hərəkət ondan ibarətdir ki, mütəmadi olaraq, heç olmasa gün ərzində 5 dəqiqə otaqda gəzməyə vaxt ayırmaqla başın üstündə qalın kitab saxlamaq lazımdır. Burada qamətə fikir vermək lazımdır, çiynləri düzəldin və başınızı hündürə qaldırın. Bu hərəkət təkcə ikinci çənəni aradan qaldırmağa deyil, həm də gözəl yeriş vərdişi yaratmağa kömək edir.
Go to top