HomeFitnesTrenajor zalında qadınların 10 səhvi

Trenajor zalında qadınların 10 səhvi

 

Trenajor zalında məşğul olan qızlar çox tez-tez kiçik səhvlərə yol verirlər ki, nəticədə bunun lazımı nəticəyə səbəb olmadığı azmış kimi, həm də tam əks nəticələrə gətirib çıxara bilir. Məqsədimiz qadınlarımızın düzgün hesab edibdə etdikləri səhvləri bölüşməklə düzünü bildirməkdir.

 

Bu məqalədə ağırlıqlarla məşğul olan qızların daha tez-tez yol verdikləri səhvlər açıqlanacaq.

10. Eyni məşqlərin hər gün təkrar edilməsi.

Əgər Sizin nə təcrübəniz, nə də tanış təcrübəli məşqçiniz yoxdursa, onda yəgin ki, Siz heç şübhələnmirsiniz də ki, məşqlərdən yorulmuş əzələlərinizə bərpa üçün heç olmasa iki gün lazımdır.

Əgər siz əzələlərinizə bərpa üçün vaxt vermədən hər gün məşq edirsinizsə, onda onlar heç vaxt arzuedilən güc və tonusa malik olmayacaqlar. Hətta bundan da artıq, məşqlər arasındakı 48 saatlıq fasilədən əlavə, məsləhət görülür ki, eyni əzələ qrupunu həftə ərzində bir dəfədən artıq məşq etdrməin.

Bir çoxları indi düşündülər ki, bu nə sayıqlamadır. Bu necə ola bilər ki, əzələ qrupunu həftədə bir dəfə məşq etdirmək? İnanın ki, bu həqiqətən də belədir, bu bir neçə nəsil atletlərinin və bodibilderlərin təcrübəsi ilə yoxlanılıb. Çox intensiv olan məşqdən sonra əzələ qrupuna tam bir həftə istirahət verməklə, heç şübhəsiz ki, çox tezliklə nəticəni görəcəksiniz.

Əzələlərə istirahət verməkdən qorxmaq lazım deyil. Əzələlərin artımı üçün istirahət , məşqdən heç da az vacib deyil.

Misal üçün, 4 günlük çox yaxşı bir split:

Bazar ertəsi: Döş / Bisepslər

Çərşənbə axşamı: Ayaqlar

Cümə axşamı: Çiyinlər / Trisepslər

Cümə: Kürək

 

9.  Qantellər qorxusu.

Doğrudan da , belə bir fikir adamı qıcıqlandırı ki, qadınlar hələ də elə düşünürlər ki, qantellərlə məşğul olmaqla onlar həddən artıq böyük və əzələləri olacaqlar. Hörmətli xanımlar, fikirləşməyin ki, sadəcə qantelləri qaldırmaqla siz Sercio Olivanın oxşarına çevriləcəksiniz, xeyr, bu belə deyil!

Təkcə kardio-məşqlər sayəsində siz arzuedilən nəticəni ala bilməyəcəksiniz. Şübhəsizdir ki, siz bir qədər piy yandıracaqsınız, lakin ondan da qurtulduqdan sonra siz nə görəcəksiniz? Heç nə. Siz yenə də özünüzü kök və boş hiss edəcəksiniz.

Məhz ağırlıqlarla olan güc məşqləri qadınlara seksual əllər, elastik yan, relyefli ayaq əzələləri, yastı qarın və ümumiyyətlə cəlbedici siluet verə bilər. Və həm də bu o halda baş verir ki, sizin əzələ kütləniz nə qədər çox olursa da, bir o qədər çox kalori yandırısınız, hətta divanda uzanmaqla da belə! Heç məşqlərin özünü demirik. Əzələ toxumaları həddən artq çox enerji tələb edir. Və buna görə də siz əgər ağırlıqlar çalışsanız, qorxusuz olaraq əvvəlkindən daha çox kalori qəbul edə bilərsiniz.

Bundan əlavə siz sümüklərinizi bərkitməklə özünüzü osteoporoz kimi problemdən sığortalayırsınız!

 

8. Su içməmək

Əslində bu təkcə qızlara aid deyil. İdman zallarında məşğul olanaların çox az qismi lazım olan miqdarda su qəbul edir. Əgər siz bodibilderlərin yarışmalarına baxmış olsanız görərsiniz ki, onlar olduqca çoxlu su qəbul edirlər.

Məsələ ondadır ki, biz məşq prosesində olduqca çox tərləyirik və çox miqdarda maye itiririk. Əgər orqanizmdə suyun həcmini zəruri olan səviyyədə saxlamasaq, siz vaxtında əvvəl yorulacaqsınız. Bundan əlavə,  su ilə toksinlər də yuyulub gedir. Su, eləcə də oynaqları sağlam saxlamağa, metabolizmi sürətləndirir, huş itirmə və baş gicəllənmələrin qarşısını alır. Bu siyahını hələ çox davam etdirmək olar.

 

7. Kardio, kardio və bir daha kardio

Kardioməşqlər ölçülü şəkildə tətbiq edilməlidir. Özünüzü gündə bir neçə saatlıq kardioməşqlərlə yormağa ehtiyac yoxdur – bu sizi hədəfinizə bir addım da olsun yaxınlaşdırmyacaq, əksinə, ancaq əzələ toxumasını dağıtmaqla sizə yorulmuş, əzik görkəm verəcəkdir.

Həddən artıq kardioyükləmələr kortizolun səviyyəsini güclü şəkildə artırır ki, bu da əzələ toxumalarının dağılmasına gətirib çıxarır. Sizin əzələ kütləniz nə qədər azdırsa, sizin metabolizminiz bir o qədər astadır. Kardioməşqləri həftədə 3-5 dəfə, 30-60 dəqiqə ərzində keçirin və güc məşqlərini də unutmayın. Ancaq bu sizi son arzu hədəfinizə - valehedici bədənə sahib olma istəyinə yaxınlaşdıra bilər.

 

6. Enli tutma ilə vertikal dartmanın qeyri-düzgün texnikası

İdman zallarında çoxlu sayda texniki səhvlər görmək mümkündür, lakin demək olar ki, bütün zalların hamısında qadınlar eyni hərəkətdə eyni səhvə yol verirlər: enli tutma ilə vertikal dartmada. Bu hərəkət kürəyin enli əzələlərinə yönəlib. Bu ən böyük əzələ qruplarından biridir.

Vertikal dartma kürəyi “düzəltməlidir”, lakin həddən artıq tez-tez elə qızlara rast gəlmək olur ki. qrifi tək əllə qaldırı və onu olduqca aşağıya,  qarına qədər dartıırılar.

Bu hərəkəti düzgün olaraq belə yerinə yetirmək lazımdır: qrifi əllərinizlə çiyindən bir azca enli olan tutma ilə tutun və onu sinədən bir qədər yuxarı olan səviyyəyə qədər qaldırın, imkan verin ki, bədənizin dartmanın aşağıya təsiri ilə azacıq geriyə əyilsin.

Hərəkət zamanı  kürəklərinizi qovuşdurmağa  və sinənizi düzəltməyə çalışın – bu bisepslərə olan yükləməni azaldar və əsas diqqəti kürəkdə cəmləşdirməyə imkan verər.

 

5. Qarın presinin həddən artıq yüklənməsi belin balacalaşdırılması vasitəsi kimi

Nə qədər belə qadın görmüsünüz ki, asılı vəziyyətdə ayaqların qaldırılmasını,  kənarlara əyilməni və digər bu kimi press üçün hərəkətləri,  qarın əzələləri işlədilməsi üçün yerinə yetirirlər?

Nəyə görəsə indiyə qədər də bir çoxları belə hesab edirlər ki, presi hədən artıq yükləməklə beli naziltmək olar. Hələ indiyə qədər bunu başa düşməyənlər üçün: abdominal əzələləri məşq etdirməklə qarında olan piy qatını aradan qaldırmaq mümkün deyil! Siz, əzələlərin forma almaları sayəsində sıx, məşq etdirilmiş qarın görüntüsü yarada bilərsiniz, lakin heç bir vaxt press hərəkətlərin köməkliyi ilə dərialtı piyi aradan qaldıra bilməzsiniz.

Zamanla qarındakı piy qatının itməsi üçün güc deyil, kardioməşqlər vacibdir. Həftədə 2-3 kardioməşq  sizə piyi yandırıb aradan qaldırmağa və qarın boşluğunun çoxdan arzu edilən kərpiclərini görməyə imkan verəcək.

 

4. Tərləməmək cəhdi

Hörmətli xanımlar, siz nə qədər qlamur və estetik olsanız da, siz idman zalına gəlmisiniz və burada məşq etmək lazımdır. Tərin ifaraz edilməsi isə təbii fizioloji prosesdir! Makiyaj haqqında narahat olmağa dəyməz. Həm də axı idman zalına gələrkən siz onu niyə vurursunuz ki? Treanajor zalı görüşlər üçün heç də uğurlu yer deyil.

 

3. Həddən artıq ətirdən istifadə etmək

Idman zalına gedərkən ətirdən istifadə etmək ümumiyyətlə məsləhət deyil. Bu heç də xoşagələn hiss deyil ki, qaçış yolunda çətin marafon hərəkəti yerinə yetirən zaman yandan keçən xanımdan yüksək fəallıqlı kimyəvi ətir payı alasınız.

Ən sadə dildə - idman zalına getməmişdən əvvəl ətir vurmaq - bu kobudluqdur. Burda insanlar məşq edirlər və onlardan bir çoxu məşq zamanı oksigen aclığı çəkir. Həm də onlardan bir qisminin ətir və digər kimyəvi preparatlara qarşı həssalığı vardır. Onlarda bu səbəbdən xoşagəlməz allergiya reaksiyası baş verə bilər ki, bu da ən yaxşı halda huşun itirilməsi, ən pis halda isə ..

 

2. Məşqdən sonrakı zülal qəbulundan imtina

Bu səhvə təkcə qadınlar deyil,  kişilər də yol verirlər. İntensiv məşqlərdən, əzələlərin öz işlərini tam olaraq görməsindən sonra onlara bərpa olunmaq lazımdır. Bir çox zallar protein kokteylləri təklif edirlər, lakin müstəqil şəkildə də onları hazırlamaq olduqca sadədir. Lakin hər bir insanın orqanizmi fərdidir, buna görə də Sizə zəruri protein, karbohidrat, piy və qlyutamin dozasını müəyyən etmək üçün  dietoloqla və ya fitnes məşqçisi ilə məsləhətləşmələr lazımdır.

 

1.Yana əyilmələrin yerinə yetirilməsi

Qızların bir çoxu təkrar və təkrar qantellərlə olan əyilmələri məhz belə yerinə yetirilər. DAYANIN! Bu mənasız hərəkəti yerinə yetirməklə Siz ancaq belinizi böyüdürsünüz! Bəli, məhz belə. Siz bədənin siluet hissəsinin enlənməsi hesabına beldə bir neçə santimetr artırısınız.

Qantellərlə əyilmələri yerinə yetirməklə V şəkilli bədən formasını yaddan çıxarmaq lazımdır. Düşünün, belinizi enləndirmək sizə niyə lazımdır axı? Çətin ki siz beldən daha əndamlı görünmək istərdiniz, elə deyil?

Sonda ancaq bir söz demək olar:

  • yuxarıda qeyd edilən qaydaları yadda saxlayın və öz qüvvələrinə inanaraq gedin və məşq edin.
  • Düzgün proqramla, sudan istifadə etməklə, texnikaya riaəyət etməklə, nə qədər olur olsun tərləməklə və məşqlərdən həzz almaqla.

Ancaq belə olan halda siz hədəfinizə doğru məmnuniyyətlə irəliləyəcəksiniz, bu isə müvəffəqiyyətin açarıdır! Uğurlar!

 

Go to top